
Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın dörd boksçusu yarımfinala vəsiqə əldə edib.
Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın dörd boksçusu yarımfinala vəsiqə əldə edib.
Gundem.today Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb.
Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşdə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.
Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb - 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinalda Kayan Reysi (Braziliya) sınağa çəkəcək.
Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.
Yarımfinala yüksələn dörd boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT
Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.
İdmanSərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"
"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur".
İdmanJoze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADI
"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.
İdmanAvropa çempionatı: Beç güləşçimiz xalçaya çıxır
Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.