
Azərbaycanın dövlət büdcəsinə gözləniləndən 265 milyon manat çox vəsait daxil oldu
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, icmal büdcədə isə 4.2 milyard manatdan çox profisit yaranıb.
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, icmal büdcədə isə 4.2 milyard manatdan çox profisit yaranıb.
Gundem.today Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 milyard 365.7 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 265 milyon manat və ya 1.6 faiz çoxdur.
Məlumata görə, büdcə gəlirlərinin əsas hissəsini 7 milyard 825.3 milyon manatla Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edib. Bu istiqamətdə proqnoz 130.3 milyon manat üstələnib.
Ən yüksək artım isə sair daxilolmalar üzrə qeydə alınıb. Belə ki, bu mənbədən büdcəyə 352.4 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 227.4 milyon manat və ya 181.8 faiz çoxdur.
Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə 5 milyard 350 milyon manat transfert edilib. Bu istiqamətdə proqnoz 100 faiz icra olunub.
Nazirliyin məlumatına əsasən, 2026-cı ilin ilk beş ayında icmal büdcənin gəlirləri 19 milyard 865.3 milyon manat, xərcləri isə 15 milyard 611.5 milyon manat təşkil edib. Beləliklə, icmal büdcədə 4 milyard 253.8 milyon manat həcmində profisit yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMaliyyə naziri: "Neft qiymətləri cari il üçün 65 dollar götürülüb"
"Neft qiymətləri cari il üçün 65 dollar götürülüb".
İqtisadiyyatÖtən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55%-i keçib
Maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirələri zamanı qeyri-neft-qaz gəlirlərinin artırılması hədəflərini və icmal büdcə göstəricilərini açıqlayıb.
İqtisadiyyatAzərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları keçib
"Büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə də 1.4 faizlik iqtisadi artımla, 5.6 faizlik orta illik inflyasiya səviyyəsi ilə, cari hesablar üzrə tədiyyə balansının 3.5 milyard dollarlıq müsbət saldosu ilə müşayiət olunub. Strateji valyuta ehtiyatlarımız 85.1 milyard dollara çatıb".
İqtisadiyyatDövlət torpaqlarının özəl torpaq sahələri ilə dəyişdirilməsi təklif olunur
Milli Məclisdə dövlət mülkiyyətində olan torpaqların və əmlakın vətəndaşların fərdi mülkiyyəti ilə qarşılıqlı mübadiləsini nəzərdə tutan yeni qanun layihəsi müzakirə edilib.