
Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr - FOTO
Bakıda fəaliyyət göstərən Moda Muzeyi 2026-cı ilin fevral ayından qapılarını ziyarətçilərin üzünə açıb.
Bakıda fəaliyyət göstərən Moda Muzeyi 2026-cı ilin fevral ayından qapılarını ziyarətçilərin üzünə açıb.
Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycanın ilk moda muzeyi hesab olunan bu məkanda ümumilikdə 67 eksponat sərgilənir.
Burada nümayiş olunan geyimlər mürəkkəb parça növləri, xəz, həqiqi dəri və zərgərlik aksesuarları ilə hazırlanıb, incə əl işləri ilə tamamlanıb. Xüsusi tikmə, muncuq işləmələri və dekorativ bəzək üsulları hər bir nümunəyə fərqli gözəllik qatır.
Muzeydə təqdim olunan hər geyimin özünəməxsus tarixi və hekayəsi var.
Kolleksiyada milli motivlər, ənənəvi ornamentlər və Azərbaycan mədəniyyətinin izləri müasir dizayn yanaşması ilə bir araya gətirilib.
Bu məkan dəb, moda və dizayn sənətinə maraq göstərənlər üçün fərqli ziyarət ünvanıdır.
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.
CəmiyyətWUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər keçiriləcək
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək.
CəmiyyətGözlərimizin zəifləməməsi üçün nə etməli? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında göz sağlamlığından danışılıb.
Cəmiyyətİntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ
Aprelin 27-də gündüzdən aprelin 28-də gündüzədək Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.