
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Proqramlara dəyişiklik edildi
WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.
WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.
Gundem.today xəbər verir ki, festival aprelin 30-da Qubada, mayın 2-də Lənkəranda, mayın 4-də Qəbələdə, mayın 5-də Şəkidə, mayın 6-da Mingəçevirdə, mayın 8-də Gəncədə, mayın 10-da Xankəndidə, mayın 12-də Sumqayıtda və mayın 13-də Bakıda keçiriləcək.
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
Gundem.today xəbər verir ki, festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək.
Saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər 29 aprel tarixində Sumqayıt şəhərinin Nəsimi parkındakı Göyərçin abidəsinin yanında, 30 aprel tarixində Quba şəhərinin Nizami parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək və 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında yekunlaşacaq.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək
Bakının Vladislav Plotnikov küçəsində birtərəfli hərəkət təmin ediləcək.
CəmiyyətElxan Mikayılova vəzifə verildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.
CəmiyyətNəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT
Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.
CəmiyyətBakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.