Son dəqiqə
Biləcəri dəmiryol stansiyasında piyada keçidi təhlükə yaradır - Sərnişinlərdən ŞİKAYƏT - VİDEOElektron Təhlükəsizlik Xidməti: "Dövlət qurumları adından kütləvi fişinq hücumları həyata keçirilib"Livanda ümummilli matəm elan edildiSosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜATİran qalib gəldiyini dedi, Tramp özündən çıxdı - Atəşkəs hansı halda pozula bilər? - VİDEOUEFA Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid"ə, "Liverpul" isə PSJ-yə uduzdu - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu
Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu
Dünya

Azərbaycanlı milyarder Sankt-Peterburqda hotel kompleksinin sahibi oldu

Bu gün
00:36
0 baxış
Paylaş:

Rusiyanın Sankt-Peterburq şəhərində "Nikolskiye ryadı" ASC-nin yeni sahibi azərbaycanlı milyarder Əsabil Qasımovla ("Karat Holding" aqrar şirkətinin sahibi) əlaqəli qurumlar olub. Alıcılar arasında Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC (60%) və Taleh Qasımovun sahibi olduğu "Ekspo" MMC (40%) daxildir.

Rusiyanın Sankt-Peterburq şəhərində "Nikolskiye ryadı" ASC-nin yeni sahibi azərbaycanlı milyarder Əsabil Qasımovla ("Karat Holding" aqrar şirkətinin sahibi) əlaqəli qurumlar olub. Alıcılar arasında Şamama Qasımovaya məxsus "Sanatoriy İstoçnik" MMC (60%) və Taleh Qasımovun sahibi olduğu "Ekspo" MMC (40%) daxildir.

Gundem.today xəbər verir ki, bu barədə "RBC Peterburq" "Nikolskiye ryadı"nın 2025-ci il üçün maliyyə hesabatına istinadən yazır.

Daha əvvəl cəmiyyətin səhmdarı Kiprdə qeydiyyatdan keçmiş şirkət olub. Obyekt Andrey Yakuninin "Venture Investment and Yield Management" fondunun aktivlər portfelinə daxil idi. Son alıcının adı uzun müddət ictimaiyyətdən gizli saxlanılıb.

Nəşrin rəyini soruşduğu daşınmaz əmlak bazarı ekspertlərinin qiymətləndirmələrinə görə, "Nikolskiye ryadı"nın alışı üzrə əməliyyatın dəyəri üç milyard (64.9 milyon manat) ilə 3.5 milyard rubl (75.7 milyon manat) arasında dəyişir. Analitiklər vurğulayırlar ki, bu əməliyyat Sankt-Peterburqun hotel bazarında 2025-ci il ərzində ən əhəmiyyətli və iri əməliyyatlardan biri olub.

Qeyd edək ki, "Nikolskiye ryadı" kompleksi Sankt-Peterburqun Sadovaya küçəsində yerləşir. Obyektin sahəsi 27 900 kv.m təşkil edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Sankt-Peterburq

Oxşar Xəbərlər

Livanda ümummilli matəm elan edildiDünya

Livanda ümummilli matəm elan edildi

İsrailin Beyrut və ölkənin digər şəhərlərini bombalaması nəticəsində 254 vətəndaşın həlak olması ilə əlaqədar aprelin 9-da Livanda ümummilli matəm elan edilib.

Bu gün
01:240
Vens: "ABŞ İrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib"Dünya

Vens: "ABŞ İrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib"

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Vaşinqtonun Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı heç bir vəd vermədiyini və tərəflər arasında anlaşılmazlıq olduğunu bildirib.

Bu gün
00:421
Benyamin Netanyahu: "İsrailin İranla bağlı yerinə yetirilməmiş hədəfləri var"Dünya

Benyamin Netanyahu: "İsrailin İranla bağlı yerinə yetirilməmiş hədəfləri var"

"İsrailin İranla bağlı hələ də yerinə yetirilməmiş hədəfləri var və biz onlara bu və ya digər şəkildə nail olacağıq".

Bu gün
00:320
Tarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilibDünya

Tarixdə ilk dəfə Ayın orbitindən Beynəlxalq Kosmik Stansiyasına zəng edilib

"Artemis II" missiyasının astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) zəng edə biliblər. Kosmosda bu cür ünsiyyət tarixdə ilk dəfə baş tutub.

Bu gün
00:000