
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.
Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.
Gundem.today xəbər verir ki, müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc edilib.
Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.
Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq (yaşamaq) məqsədilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
DünyaAlmaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
2025-ci ilin yekunlarına əsasən, Almaniyada doğum səviyyəsi 1946-cı ildən bəri ən aşağı həddə çatıb. Ölkədə qeydə alınan ölüm halları doğum sayını üstələyərək tarixi demoqrafik kəsir yaradıb.
Dünya"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib
"Google" şirkəti "YouTube" platformasında video məzmununun axtarışı və təhlili üçün "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.
DünyaNiyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
"Xarici dil mənimsəyərkən insanların qarşılaşdığı ən böyük əngəllər əsassız dərəcədə yüksək gözləntilər və səhv etmək qorxusudur".