"Azercell" və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
"Azercell"in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp" intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.