
"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB
"Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub.
"Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
İddialara görə, qurumun bəzi əməkdaşları maaşların gecikdiyini bildiriblər.
Məsələ ilə bağlı Gundem.today-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur.
Qeyd olunub ki, əməkdaşların maaşları hər zaman olduğu kimi vaxtında ödənilir:
"Heç bir maaş gecikməsindən söhbət getmir. Bizim əməkdaşlar həmişəki kimi maaşlarını vaxtında alırlar", - deyə açıqlamada bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsi müdiri vəzifəsindən azad olunub.
CəmiyyətKeçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.
CəmiyyətAQTA zoonoz xəstəlik şübhəsi olan heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
CəmiyyətGəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində (GDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.