
Azovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEO
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.
İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.
Şahidlərdən olan matros Rəşid Rəşidov Azərbaycan Televiziyasına (AzTV) deyib ki, ilk hücum onları yuxudan oyadıb:
"Ekipaj üzvləri gəminin idarəetmə hissəsinə doğru hərəkət etsələr də, ardınca yeni dron hücumları başlayıb".
Həmkarlarını və gəmi heyətini qorumağa çalışan Rəşid Rəşidov həyatını itirən ekipaj üzvlərinin meyitlərinin çıxarılmasında iştirak edib:
"Dron səsini eşidəndə alt mərtəbələrə düşdük. Bu zaman ikinci və digər dron zərbələrinin səsi eşidildi".
Mexanik Nicat Sarılı bildirib ki, o, öncə partlayışın səbəbini anlaya bilməyib:
"Gəmi ümumilikdə beş dəfə dron hücumuna məruz qaldı. Hücumlardan sonra biz həlak olan yoldaşlarımızın yerini təyin etdik, lakin onları çıxarmaq həmin vaxt uyğun deyildi, ona görə də havanın açılmasını gözlədik".
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, dördünün isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEO
Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətRus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?
Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.