Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq "mygov"dan əldə etmək mümkündür
Ədliyyə Nazirliyinin təqdim etdiyi "Azyaşlıya pasportun verilmə ərizəsi" xidməti "mygov" platformasına inteqrasiya olunub. Xidmət vasitəsilə 18 yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsi üçün valideyn, övladlığa götürən, qəyyum və ya himayəçinin notariat qaydasında təsdiq edilmiş razılığını elektron formada rəsmiləşdirmək mümkündür. Bu imkan xüsusilə valideynlərdən birinin prosesdə fiziki olaraq iştirak edə bilmədiyi hallarda rahatlıq yaradır.