
Bakı artıq böyük marafon liqasında: Jurnalist Ayaz Mirzəyev qaçmağa hazırdır - VİDEO
Bakı "Full Marathon" şəhərləri siyahısına daxil olur.
Bakı "Full Marathon" şəhərləri siyahısına daxil olur.
Gundem.today xəbər verir ki, Avropada 42 kilometrlik marafonu uğurla tamamlamış azərbaycanlılardan biri, tanınmış jurnalist Ayaz Mirzəyev bu il keçiriləcək Bakı tam marafonuna hazır olduğunu bildirib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən bəri ənənəvi olaraq keçirilən "Bakı Marafonu" bu il öz tarixində inqilabi yeniliyə imza atır.
Doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl" şüarı altında keçirilən yarış ilk dəfə olaraq peşəkar 42 kilometrlik (Full Marathon) məsafədə təşkil ediləcək.
Bu addım Bakının Nyu-York, London və Berlin kimi meqapolislərin yer aldığı qlobal peşəkar qaçış xəritəsinə rəsmən daxil olması deməkdir. Əgər əvvəlki illərdə 21 km-lik məsafə kütləvi həvəskar sınağı idisə, 42 km artıq dözümlülük, xüsusi hazırlıq və iradə tələb edən peşəkar idman hadisəsidir.
Builki marafon şəhərin həm tarixi, həm də müasir simasını əhatə edən unikal bir marşrutla yadda qalacaq.
İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanında keçərək, Xəzər sahili boyu Bakı Ağ Şəhər, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə - "Sea Breeze" ərazisinə çatacaqlar.
"Bakı Marafonu 2026" təkcə idman yarışı deyil, həm də ölkənin ən böyük əyləncə festivallarından birinə çevriləcək. Start və finiş nöqtələrində qurulacaq fan-zonalarda gün boyu davam edəcək "Qaçmasan da, əyləncəni qaçırtma" konsepti ilə konsert proqramları təqdim olunacaq.
Konsert proqramında Azərbaycanın tanınmış musiqiçiləri Aygün Kazımova, Tünzalə Ağayeva, Lalə Məmmədova, Manana, eləcə də "Avroviziya" ulduzları Eldar Qasımov, Nigar Camal, Nadir Rüstəmli, Dilarə Kazımova, Samira Əfəndi və digər populyar ifaçılar (Hiss, MadTeen, Qurd, Çin və s.) çıxış edərək həm qaçışçılara, həm də qonaqlara unudulmaz anlar yaşadacaqlar.
2016-cı ildə 7 min iştirakçı ilə başlayan Bakı Marafonu illər ərzində böyük maraq qazanaraq 2023-cü ildə 20 min, ötən il isə 28 minə yaxın iştirakçı sayı ilə rekord yeniləyib. Yeni 42 km-lik formatın həm yerli, həm də xarici qaçışçıların marağını daha da artıracağı gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanManuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb.
İdmanDünya çempionatına 43 gün qaldı: QƏTƏR - "Tünd qırmızılar" - VİDEO
Qətər ilk dəfə dünya çempionatına 2022-ci ildə ev sahibliyi edərək qatılıb. Qlobal idman bayramında debüt edən Qətərin "Tünd qırmızılar" komandası öz azarkeşləri önündə və doğma meydanda elit komandalara qarşı oynayaraq əvəzsiz təcrübə qazanıb.
İdmanÇempionlar Liqasında finala doğru daha bir addım: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
İdmanFIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.