
Bakı metrosunda qatarın informasiya sistemi sıradan çıxdı - VİDEO
Aprelin 20-də, saat 18 radələrində Bakı metropoliteninin "Dərnəgül - Həzi Aslanov" istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb.
Aprelin 20-də, saat 18 radələrində Bakı metropoliteninin "Dərnəgül - Həzi Aslanov" istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb.
Gundem.today Axar.az-a istinadən xəbər verir ki, əvvəlcə, elektron lövhədə məlumatın yenilənməməsi və daha sonra səsli anonsların da verilməməsi səbəbindən bir çox sərnişin hansı stansiyada olduqlarını müəyyən etməkdə çətinlik çəkdiklərini bildirib.
Bu hal xüsusilə sıxlıq zamanı daha çox diqqət çəkib və şikayətlərə səbəb olub.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qatarın informasiya-məlumat sisteminin kəsilməsi müşahidə olunub:
"Bu, qatarların texniki cəhətdən hərəkətinə hər hansı maneə və ya problem yaratmır. Maşinistə məlumat daxil olan kimi işlək vəziyyətə gətirilməsi təmin olunur. Kəsinti bloklanma xarakterli olursa, sonuncu stansiyada qatarın əks istiqamətdə hərəkətə keçirildiyi müddətdə proqram təminatının yenidən qoşulması ilə informasiya sisteminin işi bərpa olunur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər
Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.
CəmiyyətQaxda mindən çox abonentin qazı kəsilib
Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi,Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.
CəmiyyətAzneft dairəsində BYD mopedə çırpılıb - ANBAAN VİDEO
Bakıda minik avtomobili ilə moped toqquşub.
CəmiyyətBakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.