
Bakı metrosunda sıxlıq belə ləğv olunur - GÖRÜNTÜLƏR
Bakı metrosunda xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.
Bakı metrosunda xətlərin ayrılması layihəsi üzrə daha bir istiqamətdə inşaat işləri davam etdirilir.
Gundem.today-ın məlumatına görə, layihə çərçivəsində "yaşıl" və "qırmızı" xətləri birləşdirən piyada keçidi inşa olunur. Keçid "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında rahat və təhlükəsiz hərəkəti təmin edəcək. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasından birbaşa "28 May" stansiyasının platformasına hərəkət üçün imkan yaradacaq. Bununla da sərnişin axınını "Dərnəgül" və "Xətai" istiqamətinə ayırmaqla "28 May" stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq.
Bu, "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, platformada sıxlığın yaranmasının qarşısı alacaq.
Yeni inşa olunan keçid bu ilin sonuna qədər sərnişinlərin istifadəsinə veriləcək.
Gundem.today keçidin inşa prosesindən hazırladığı reportajı təqdim edir:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQalib Qasımov vəzifəsindən ayrılıb
Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov vəzifəsindən ayrılıb.
CəmiyyətAvtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEO
Ötən gün paytaxtım Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.
CəmiyyətZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.
CəmiyyətÖlkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?
Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb.