
Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI - Problem nə vaxt həll olunacaq?
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Gundem.today xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək:
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik".
"Qara Qarayev" - "Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
"Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb".
Gundem.today xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Gundem.today xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər
Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.
CəmiyyətQaxda mindən çox abonentin qazı kəsilib
Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi,Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.
CəmiyyətAzneft dairəsində BYD mopedə çırpılıb - ANBAAN VİDEO
Bakıda minik avtomobili ilə moped toqquşub.
CəmiyyətBakının bəzi yollarında HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.