Son dəqiqə
Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaqSuqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdıABŞ-nin hərb naziri NATO müttəfiqlərini hədələdi: "Bu bağışlanmazdır"Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edibAlmaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı"Spotify"nin işində problemlər yaranıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEO
Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEO
Cəmiyyət

Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEO

Bu gün
19:24
0 baxış
Paylaş:

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

Sakinlər Baku TV-yə bildirirlər ki, ev sahibi olmaq onlar üçün getdikcə əlçatmaz arzuya çevrilir.

Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır.

Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.

Ekspert əlavə edib ki, sərmayəçilərin bu cür layihələrə daha çox yatırım etməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir.

Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə tikinti üçün yararlı torpaq sahələrinin azalması və inşaat həcminin aşağı düşməsi tələbatı artırır. İpoteka şərtləri və bank faizləri də bazara təsir edən amillər sırasındadır. Güzəştli kreditlər isə alıcılıq qabiliyyətini artıraraq qiymət artımını sürətləndirir.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son beş ildə əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Onun sözlərinə görə, xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. Xalid Kərimli əlavə edib ki, inflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Mənzil_qiymətləri

Oxşar Xəbərlər

Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaqCəmiyyət

Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

Bu gün
20:240
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edibCəmiyyət

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib

Azərbaycanda baş müəllim vəfat edib.

Bu gün
19:480
Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEOCəmiyyət

Bakıda mənzillərin qiymətləri yüksəldi - VİDEO

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

Bu gün
19:240
DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDUCəmiyyət

DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU

Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.

Bu gün
18:120