
Bakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI - FOTO
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 15 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Gundem.today xəbər verir ki, bu barədə QRTİ məlumat yayıb.
Bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Qeyd edilib ki, eyni zamanda valideynlər Bərdə və Şuşa "ASAN xidmət" mərkəzində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əlaqə" bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Qarabağ Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-4" nömrəli telefonuna zəng etmək mümkündür.
2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.
www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.
Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qeydiyyatı prosesinə 1 may saat 11:00-dan etibarən start verilib.
Alternativ qeydiyyat mərkəzləri:
https://baku.edu.gov.az/az/page/276
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı funikulyorunun 66 yaşı tamam olur - FOTO
Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 66 yaşı tamam olur.
CəmiyyətŞəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.
CəmiyyətMətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".
CəmiyyətSabah hava necə olacaq? - 06.05.2026
Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb.