Son dəqiqə
Keçən il dövlət büdcəsinin xərcləri 38 milyard manatı keçib2025-ci ildə dövlət büdcəsindən ən böyük pay hara xərclənib?Ötən il əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsait artıbTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdiSosial müdafiə xərcləri bir ildə 400 milyon manatdan çox artıbAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı və Tbilisi arasında strateji dialoq: İstanbulda üçtərəfli görüş çərçivəsində müzakirələr aparıldı
Bakı və Tbilisi arasında strateji dialoq: İstanbulda üçtərəfli görüş çərçivəsində müzakirələr aparıldı
Siyasət

Bakı və Tbilisi arasında strateji dialoq: İstanbulda üçtərəfli görüş çərçivəsində müzakirələr aparıldı

22:34
0 baxış
Paylaş:

İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.

İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin həm regional, həm də qlobal əhəmiyyətini qeyd ediblər.

Görüşdə regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirərək, bu əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək niyyətində olduqlarını ifadə ediblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Tərəflər sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin, eləcə də energetika, nəqliyyat və regional infrastruktur sahələrində uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, Avropa ilə Asiyanı birləşdirən əsas dəhliz kimi Cənubi Qafqazın artan strateji əhəmiyyətini qeyd ediblər.

XİN rəhbərləri regional sabitliyə, enerji təhlükəsizliyinə və dayanıqlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər konnektivlik təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsi istiqamətində ortaq mövqelərini bir daha təsdiqləyiblər.

Ceyhun Bayramov da "X" hesabında gürcüstanlı həmkarı ilə görüşü barədə paylaşım edib.

"Azərbaycan və Gürcüstan arasında möhkəm strateji tərəfdaşlığı, energetika, nəqliyyat və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlığı, eləcə də regional prosesləri müzakirə etdik.

Regionumuzun rifahı və sabitliyi naminə birgə layihələrin inkişaf etdirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı sadiqliyimizi bir daha təsdiqlədik", - deyə nazir paylaşımında bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ceyhun_Bayramov#Xarici_İşlər_Nazirliyi_(XİN)#Gürcüstan#Cənubi_Qafqaz#Cənub_Qaz_Dəhlizi#Maka_Boçorişvili

Oxşar Xəbərlər

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDISiyasət

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir.

11:250
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edibSiyasət

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.

09:160
Ankara masada hansı rolu oynayacaq? - VİDEOSiyasət

Ankara masada hansı rolu oynayacaq? - VİDEO

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Baltik dənizində keçirdiyi "Steadfast Defender 2026" hərbi təlimini müşahidə etdikdən sonra Türkiyənin Avropa təhlükəsizliyindəki mühüm rolunu və Ankaranın NATO-nun müdafiə planlarındakı mövqeyini xüsusi vurğulayıb.

00:360
Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEOSiyasət

Yaxın Şərqdə raket zərbələri gərginliyi artırdı - VİDEO

Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin Beyrutun cənubuna endirdiyi zərbələrdən sonra İran İsrailə raket hücumları ilə cavab verib. Bunun ardınca İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Beləliklə, aprel ayında əldə olunan kövrək atəşkəsdən sonra İran və İsrail arasında birbaşa qarşıdurma yenidən təhlükəli mərhələyə keçib.

00:240