
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA
Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib.
Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib.
Gundem.today "Trend"ə istinadla xəbər verir ki, məktəbdən verilən məlumata görə, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin aidiyyəti dövlət qurumları və şagirdlərin valideynləri məsələ ilə bağlı məlumatlandırılıb. Hazırda şagirdlərin sağlamlıq vəziyyəti normaldır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə isə saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub", - deyə əlavə edilib.
Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Gundem.today-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.
Araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəHeydər Əliyev prospektində ağır qəza: Bir nəfərin həyatını itirdiyi ehtimal olunur - VİDEO
Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAğdamdakı dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu
Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məlum olub.
HadisəBakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib.
HadisəAğdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.