
Bakıda bahalı qəza: Beş avtomobil bir-birinə çırpıldı - FOTO - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxs var.
Gundem.today-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib. O qeyd edib ki, zəncirvari qəza mayın 5-də saat 22:00-da Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsində qeydə alınıb.
Hadisə Yusif Vəliəhməd oğlu Sadıqovun idarə etdiyi "KamAZ" markalı 10-LU-285 dövlət nömrə nişanlı yük avtomobili, "Mercedes" markalı 90-FP-262 dövlət nömrə nişanlı yük avtomobili, "Honda" markalı 77-ML-360 dövlət nömrə nişanlı, "Lexus" markalı 10-KY-922 dövlət nömrə nişanlı və "Prado" markalı 90-CV-944 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.
Nəticədə "KamAZ" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.
CəmiyyətPsixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır"
"Sağlamlıq məsələsində tərəflər yoxdur. Yalnız bir ümumi məqsəd var - insanın sağlamlığı və həyatı. Pasiyentlər və həkimlər bu məqsədin eyni tərəfindədirlər".
CəmiyyətBaş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.
CəmiyyətÖlkənin bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Mayın 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.