
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub.
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub.
Gundem.today xəbər verir ki, üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə finallara həsr olunub.
Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiya Onofriyçuk birinci yerə layiq görülüb. İkinci yeri Almaniya gimnastı Darya Varfolomeyev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutublar.
Qrup hərəkətləri proqramında gimnastlar üç halqa və iki cüt gürzlə çıxış edərək yüksək peşəkarlıq sərgilədilər. Çoxnövçülük üzrə qalib İsrail komandası olub. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşıb.
Final mərhələsində isə mübarizə daha da gərgin keçib. Halqa proqramında qızıl medalı Taisiya Onofriyçuk qazanıb, Stiliana Nikolova ikinci, Sofiya İlteriakova isə üçüncü olublar. Top proqramında Darya Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutublar. Gürzlərlə çıxışlarda Darya Varfolomeyev çempion adını qazanıb, Sofiya İlteriakova və Taisiya Onofriyçuk ikinci və üçüncü yerləri bölüşüblər. Lent proqramında da Darya Varfolomeev birincil olub, Sofia Raffaeli ikinci, Akmaral Yerekeşeva isə üçüncü yeri tutublar.
Qrup hərəkətlərində beş top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü olub. Üç halqa və iki cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutub.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda "AGF Trophy" kuboku ilə təltif olunub. Bu mükafata fərdi proqramda Darya Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüblər.
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulur.
Gundem.today xəbər verir ki, üç gündür davam edən yarışların final mərhələsində gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayırlar.
Artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.
Qeyd edək ki, bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq "AGF Trophy" mükafatına layiq görüləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanlı alpinist Himalay dağlarında 8000 metrlik zirvəni fəth edib
Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu beşnəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8 091 metr) zirvəsini fəth edib.
İdmanPremyer Liqa: "Kəpəz" evdə büdrədi, "Sumqayıt"dan minimal hesablı qələbə
Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.
İdmanİngiltərə Premyer Liqasında çempionluq mübarizəsi gərginləşir: "Mançester Siti" "Arsenal"la xal fərqini azaltdı
İngiltərə Premyer Liqasının 33-cü turu çempionluq uğrunda mübarizə aparan komandaların qarşıdurması ilə yadda qalıb.
İdmanİngiltərə Premyer Liqasında çempionluq mübarizəsi gərginləşir: "Mançester Siti" "Arsenal"la xal fərqini azaltdı - VİDEO
İngiltərə Premyer Liqasının 33-cü turu çempionluq uğrunda mübarizə aparan komandaların qarşıdurması ilə yadda qalıb.