Son dəqiqə
İsrail SAXAL hərbçisinin hərəkətinə görə xristianlardan üzr istədiBakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTO"İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandıUşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO"Araz-Naxçıvan"ı darmadağın edən "Turan Tovuz" tarixinə iki yubiley yazdıİran ABŞ ilə danışıqların ikinci raundu barədə QƏRAR VERİB?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bakıda həyat yoldaşını güllələyən klinika direktoru ilə bağlı MƏHKƏMƏ QƏRARI
Bakıda həyat yoldaşını güllələyən klinika direktoru ilə bağlı MƏHKƏMƏ QƏRARI
Hadisə

Bakıda həyat yoldaşını güllələyən klinika direktoru ilə bağlı MƏHKƏMƏ QƏRARI

15 aprel 2026
19:12
0 baxış
Paylaş:

Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Paytaxtın Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

V.Kərimovla zərərçəkmiş şəxsin nümayəndələri barışdıqları üçün məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyini) tətbiq olunub və 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın yaşadığı binanın qarajında odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun arvadı Fərqanə Kərimovanı ov silahı ilə güllələdiyi müəyyən edilib.

Kərimova xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalarla məlum olub ki, Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. V.Kərimov avtomobilində arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın avtomobildən düşüb qaçarkən V.Kərimov maşında olan ov tüfəngi ilə ona atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət iş başlanılıb, V.Kərimov saxlanılıb.

Xatırladaq ki, V.Kərimov Bakıda fəaliyyət göstərən "Referens" klinikasının Mərdəkan filialının direktoru olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Klinika_rəhbəri#Güllələnmə_hadisəsi

Oxşar Xəbərlər

Ağdərədə usta faciəli şəkildə öldüHadisə

Ağdərədə usta faciəli şəkildə öldü

Ağdərə rayonunda usta həyatını itirib.

Bu gün
10:310
Bakıda ağır qəza: Ölən varHadisə

Bakıda ağır qəza: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
09:560
Gənc oğlanın meyiti evin həyətində aşkarlandıHadisə

Gənc oğlanın meyiti evin həyətində aşkarlandı

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

Bu gün
20:240
Sumqayıtda futbol meydançasında halı pisləşən gənc öldüHadisə

Sumqayıtda futbol meydançasında halı pisləşən gənc öldü

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Dünən
00:000