
Bakıda jurnalistin avtomobil ilə hərəkətinə mane olan taksi sürücüsündən İLGİNC SƏBƏB - FOTO
Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında qarşılaşdığı insidentlə bağlı paylaşım edib.
Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında qarşılaşdığı insidentlə bağlı paylaşım edib.
Gundem.today xəbər verir ki, hadisə iki gün əvvəl 8 Noyabr prospektində baş verib.
Jurnalistin sözlərinə əsasən, taksi sürücüsü ona işıq siqnalları verərək yol tələb edib və təhlükəsiz ara məsafəsini gözləmədən təzyiq göstərib. Bildirilir ki, sol zolaq boş olsa da, sürücü davamlı şəkildə siqnal verərək narahatlıq yaradıb.
Daha sonra tərəflər arasında mübahisə yaranıb. İddialara görə, sürücü nalayiq ifadələr işlədərək xanım sürücünü təhqir edib. Hadisə ilə bağlı Ülviyyə Hüseynova Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.
Jurnalist müraciətinə qısa müddətdə baxıldığını, həmin sürücünün polis bölməsinə dəvət olunduğunu və davranışına görə üzr istədiyini bildirib.
"Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu: "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı..." Görünür, sürücü əsəbi olduğu anda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş", - deyə Ülviyyə Hüseynova bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.