Son dəqiqə
İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTOTürkiyədə məktəbə hücum nəticəsində ölənlərin sayı artdıTailandda ənənəvi festivalda 200-ə yaxın insan öldü - VİDEOQarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEOAzərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDIMotosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib
Bakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib
Cəmiyyət

Bakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib

Dünən
17:37
0 baxış
Paylaş:

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Gundem.today xəbər verir ki, konfrans çərçivəsində "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları", "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil edilib.

Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası baş tutub. Üzv ölkələrin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

İclasda üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatı rəsmi olaraq tətbiq edilib.

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib.

Gundem.today xəbər verir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuranın əhəmiyyətindən və məqsədlərindən danışıb:

"Konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarların hazırlanması üçün effektiv platforma olacaq bu məsləhətçi orqanın yaradılması üçün möhkəm zəmin formalaşdırdı. Əminik ki, bu yanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı dayaq olacaq və konkret, real nəticələr əldə etməyə imkan verəcək. Bu iclas əməkdaşlığımızın inkişafında yeni bir səhifə açır. Azərbaycan Sədrliyinin Müşavirənin institusional inkişafı üzrə prioritetləri çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü sədrliyin ilk mərhələsində irəli sürülmüş və iştirakçı dövlətlər tərəfindən geniş, səmimi dəstək qazanıb. Ötən il aparılmış birgə səylər və konstruktiv dialoq nəticəsində müvafiq Əsasnamə qəbul edilmiş, bu isə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açıb".

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranın məqsədlərindən danışıb. Bildirib ki, qadınların rolu hər sahədə gücləndirilməlidir. Baş katib Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib və buna görə də rəsmi Bakıya təşəkkür edib. K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilə daha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

Yekunda isə Şuranın tövsiyə sənədi səsə qoyularaq qəbul edilib.

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib.

O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

"Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır", - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:

"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir".

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur.

"AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regi

#Cəmiyyət#Asiyada_Qarşılıqlı_Fəaliyyət_və_Etimad_Tədbirləri_üzrə_Müşavirə_(AQEM)#Bahar_Muradova#Ailə#Qadın_və_Uşaq_Problemləri_üzrə_Dövlət_Komitəsi

Oxşar Xəbərlər

İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTOCəmiyyət

İcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Bu gün
13:080
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEOCəmiyyət

Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 layihə üzrə ümumi uzunluğu 3 878.1 km olan yol tikinti işlərinin aparılması nəzərdə tutulur.

Bu gün
12:560
Motosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTOCəmiyyət

Motosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTO

Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov vəfat edib.

Bu gün
12:480
Sabah 21 dərəcə isti olacaq - 17.04.2026Cəmiyyət

Sabah 21 dərəcə isti olacaq - 17.04.2026

Azərbaycanda aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:320