Son dəqiqə
Livana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıbKürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıbAzərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO"Çelsi"nin futbolçusu üzr istədi - SƏBƏBOfelya Şabanovanın müharibə iştirakçısı olan qardaşı dünyasını dəyişdiQubada sürüşmə baş verdi: Avtomobil torpaq altında qaldı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA
Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA
Cəmiyyət

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bu gün
22:36
1 baxış
Paylaş:

"Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur".

"Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur".

Gundem.today xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, şəhər üzrə 100 mindən artıq bina ya söküləcək, ya da qismən bərpa edilərək rekonstruksiya olunacaq:

"Bu binaların bir hissəsi hələ də istifadəyə yararlı olduğundan onların tam sökülməsi deyil, kosmetik təmiri və gücləndirilməsi nəzərdə tutulur. Lakin qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər əsas prioritet kimi müəyyən edilib.

İlkin mərhələdə təxminən 10-12 min binanın bu prosesə cəlb olunacağı gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə aparılacaq və ilk növbədə qəzalı binalar tamamilə aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısı və yerləşdiyi ərazilər üzrə müəyyənləşdirmə prosesi davam edir və bu siyahı mərhələli şəkildə təsdiqlənir.

Artıq təsdiqlənmiş bəzi ərazilərdə köhnə və təhlükəli binaların sökülməsinə start verilib. Layihənin birinci mərhələsinin 2030-cu ilə qədər, ikinci mərhələsinin isə 2030-2040-cı illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Yeni urban layihələr çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biridir. Buraya magistral yolların yenilənməsi, tramvay xətlərinin çəkilməsi və yeni metro stansiyalarının inşası daxildir. Eyni zamanda şəhərdə yeni parkların, yaşıllıq zonalarının və ictimai istirahət məkanlarının yaradılması da planlaşdırılır".

AQC sədri əlavə əlavə edib ki, yeni tikililər müxtəlif maliyyə modelləri əsasında həyata keçiriləcək:

"Binaların bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində, digər hissəsi isə tam şəkildə investorlar tərəfindən inşa ediləcək. Lakin maliyyə mənbələrinin məhdudluğu və investorların seçimi prosesinin vaxt aparması səbəbindən bu işlərin sürətlə getməsi gözlənilmir.

Yaxın dövrdə təxminən 300-ə yaxın binanın sökülməsi planlaşdırılır. Onların yerində ya yeni yaşayış kompleksləri tikiləcək, ya da park və ictimai məkanlar salınacaq. Ümumilikdə bu proses qısamüddətli deyil və illər ərzində mərhələli şəkildə davam edəcək.

Sökülən binaların əvəzində müasir yaşayış kompleksləri, sosial obyektlər, parklar və ictimai istifadəyə açıq sahələr yaradılacaq. Burada əsas məqsəd təkcə köhnə binaları aradan qaldırmaq deyil, şəhərin ümumi inkişaf konsepsiyasını yeniləməkdir.

Baş planın əsas prioritetləri sırasında əhali sıxlığının azaldılması, şəhərin daha balanslı şəkildə genişləndirilməsi, vətəndaşların yaşayış keyfiyyətinin yüksəldilməsi və nəqliyyat problemlərinin aradan qaldırılması dayanır. Eyni zamanda tıxacların azaldılması, nəqliyyat əlçatanlığının artırılması və ekoloji mühitin yaxşılaşdırılması da bu planın əsas hədəflərindəndir.

Bununla yanaşı, yaşıl zonaların genişləndirilməsi və alternativ enerji mənbələrinin tətbiqi də nəzərdə tutulur ki, bu da Bakının daha dayanıqlı və ekoloji şəhərə çevrilməsinə xidmət edəcək.

Söküntü prosesində prioritet üç əsas kateqoriyaya veriləcək:

qəzalı vəziyyətdə olan binalar;

sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş yaşayış yerləri;

normativlərə uyğun olmayan, plansız və qanunsuz inşa edilmiş fərdi yaşayış evləri.

Ən çox yenilənmənin gözlənildiyi ərazilər sırasında Yasamal, Nəsimi və Nərimanov rayonları xüsusi qeyd olunur. Bununla yanaşı, mərkəzə yaxın, sıx və plansız tikilmiş məhəllələrdə də genişmiqyaslı dəyişikliklər gözlənilir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakıda_söküntü_işləri#söküntü_işləri#Vüqar_Oruc#Sakinlərin_nəzərinə

Oxşar Xəbərlər

Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıbCəmiyyət

Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb

Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.

Bu gün
00:120
İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEOCəmiyyət

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.

Bu gün
23:480
Sakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: İki rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah Biləsuvar və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu gün
23:240
"Qorxudan yatmırıq, qəbiristanlıqda da olur" - İnsanların həyatını kabusa çevirdilər - VİDEOCəmiyyət

"Qorxudan yatmırıq, qəbiristanlıqda da olur" - İnsanların həyatını kabusa çevirdilər - VİDEO

Şabran rayonunun Söhbətli kənd sakinləri son vaxtlar ard-arda baş verən oğurluq hadisələrindən şikayətçidirlər.

Bu gün
23:000