
Bakıda toy karvanının avtomobilləri hərəkətə mane oldu, polis müdaxilə etdi - ANBAAN VİDEO
Ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində toy karvanında hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
Ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində toy karvanında hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri toy karvanlarında iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaratdıqlarını göstərir:
"Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar".
"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bir daha müraciət edərək xatırladır ki, toy karvanında iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin", - məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəTərtərdə arı sancmasından ölən şəxsin allergiyası var imiş - TƏFƏRRÜAT - VİDEO
Tərtərdə arıçı öz təsərrüfatında arı sancmasından dünyasını dəyişib.
HadisəŞəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəGöygöldə "Niva" "Hyundai"la toqquşdu: Xəsarət alanlar var
Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
HadisəCulfada kanaldan qadın meyiti tapıldı
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.