
Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI
Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.
Qusarda həyat yoldaşından ayrılan kişi məsciddə keçmiş qayınatasını bıçaqlayıb.
Gundem.today-ın məlumatına görə, hadisə rayonun Mucuqoba kəndində baş verib. Qusar rayon sakini Alı Ağayev (soyad şərtidir) bir il əvvəl həyat yoldaşından boşanıb və Bakı şəhərinə köçüb. Təxminən bir il sonra Alı Qusar rayonunun Mucuqoba kəndindəki məsciddə iftar süfrəsi təşkil edib. İftar süfrəsi bitəndən sonra keçmiş qayınatası Rövşən məscidə daxil olaraq onu küçəyə çağırıb. Alı məsciddən çölə çıxarkən Rövşən əlindəki taxta parçası ilə onun baş nahiyəsinə zərbə endirib. Alı dərhal cibindəki bıçağı çıxarıb, Rövşənə zərbələr endirib. Səsə məsciddəki şəxslər çıxıblar və onları ayırıblar.
Hadisə yerinə polis əməkdaşları gəlib, Alı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Alı Ağayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT
Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
KriminalSürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU
Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
KriminalAnar Əsədlinin cinayət işi üzrə məhkəmə: "Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Kriminalİcra Hakimiyyətinin yeni binasının tikintisi niyə gecikib?
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.