Son dəqiqə
Ceyhun Bayramovdan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞGəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var - VIDEOİstanbul Bəyannaməsi ilə bağlı Azərbaycan XİN başçısından açıqlamaAnna Palamar: "Dəri problemlərindən çox, onların səbəbləri məni maraqlandırır"Özbəkistanda qazdoldurma məntəqəsində partlayış: Altı nəfər öldü - VİDEORüşvət qalmaqalının yeni səhifəsi: "Real Madrid" "Barselona"nı Avropadan uzaqlaşdırmaq istəyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakının bəzi ərazilərində uçan qarışqalar çoxalıb: SƏBƏB NƏDİR?
Bakının bəzi ərazilərində uçan qarışqalar çoxalıb: SƏBƏB NƏDİR?
Cəmiyyət

Bakının bəzi ərazilərində uçan qarışqalar çoxalıb: SƏBƏB NƏDİR?

13:58
0 baxış
Paylaş:

Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə Binə qəsəbəsində qanadlı qarışqaların kütləvi şəkildə görünməsi sakinlərin diqqətini cəlb edib. Sosial şəbəkələrdə də yayılan videogörüntülərdə minlərlə həşəratın yaşayış binalarının ətrafında, eyvanlarda, küçə işıqlarının yaxınlığında toplandığı müşahidə olunur. Tez-tez görməyə adət edilməyən bu mənzərə bəzi vətəndaşlarda narahatlıq yaradıb, həşəratların sayının birdən-birə artmasının səbəbləri ilə bağlı müxtəlif suallar ortaya çıxarıb.

Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə Binə qəsəbəsində qanadlı qarışqaların kütləvi şəkildə görünməsi sakinlərin diqqətini cəlb edib. Sosial şəbəkələrdə də yayılan videogörüntülərdə minlərlə həşəratın yaşayış binalarının ətrafında, eyvanlarda, küçə işıqlarının yaxınlığında toplandığı müşahidə olunur. Tez-tez görməyə adət edilməyən bu mənzərə bəzi vətəndaşlarda narahatlıq yaradıb, həşəratların sayının birdən-birə artmasının səbəbləri ilə bağlı müxtəlif suallar ortaya çıxarıb.

Sakinləri ən çox maraqlandıran məqamlardan biri isə bu həşəratların insan sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, eləcə də onların yaşayış məntəqələrində kütləvi şəkildə görünməsinin hansı amillərlə əlaqəli olmasıdır. Xüsusilə isti hava şəraitinin hökm sürdüyü son günlərdə müşahidə olunan bu halın təbii proses, yoxsa hər hansı ekoloji dəyişikliklə bağlı olması barədə fərqli fikirlər səsləndirilir.

Məsələyə aydınlıq gətirmək üçün Gundem.today Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutuna müraciət edib.

Qurumun "Onurğasızların biomüxtəlifliyi və ekologiyası" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə bildirib ki, evlərdə və yaşayış məntəqələrində uçan qarışqaların görünməsi onların təbii çoxalma dövrü ilə əlaqədardır.

O qeyd edib ki, uçan qarışqalarla bağlı ciddi risk faktoru yoxdur:

"Uçan qarışqaların çoxalması yaz və yay aylarının əvvəllərinə təsadüf edir. Bu zaman qanadlı analar və erkək fərdlər qısa müddətdə cütləşmək üçün yuvadan çıxıb uçuşurlar. Sözügedən canlıların insanlar üçün heç bir təhlükəsi yoxdur. Əgər sayları çoxdursa, onları təbii vasitələrdən - çay ağacı, evkalipt, nanənin efir yağlarının suda məhlulundan və yaxud kimyəvi preparatlardan (insektisidlər) istifadə etməklə uzaqlaşdırmaq olar. Yuvanı aşkar etmisinizsə, onu qapatmaq olar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Uçan_qarışqa#Gülər_Hüseynzadə

Oxşar Xəbərlər

Gəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var - VIDEOCəmiyyət

Gəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var - VIDEO

Gəncədə qəzalı yataqxana sakinlərinin yeni binalara köçürülməsi başlanıb. Vətəndaş şikayətləri və Gəncə Şəhər İcra Hakimiyyətinin mənzil təminatı barədə rəsmi açıqlaması ilə tanış olun.

18:000
Anna Palamar: "Dəri problemlərindən çox, onların səbəbləri məni maraqlandırır"Cəmiyyət

Anna Palamar: "Dəri problemlərindən çox, onların səbəbləri məni maraqlandırır"

"20 ildir dəri sağlamlığını araşdırıram, həmçinin dərinin müalicəsi ilə məşğul oluram. Məni daha çox dəri problemləri deyil, onların səbəbləri və mahiyyəti maraqlandırır".

17:130
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?Cəmiyyət

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

İyunun 9-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

17:420
Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edildiCəmiyyət

Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edildi

Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib.

17:320