Son dəqiqə
Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - VİDEOAQTİ-nin departament direktoru işdən çıxarıldı - FOTONərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTONaxçıvanda tanınmış həkim vəfat etdi - FOTOMərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi
"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi
Digər

"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi

Bu gün
11:42
0 baxış
Paylaş:

"Baku Steel Company" (BSC) QSC 1-3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim edib.

"Baku Steel Company" (BSC) QSC 1-3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim edib.

Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun dəstəyi ilə "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilib. BSC tədbirin tərəfdaşı qismində çıxış edib.

Bu il festivalın beynəlxalq coğrafiyası genişləndi. Ötən ilin iştirakçıları olan Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstana Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşulub.

Festivalın tərəfdaşı qismində BSC, həmçinin tədbirə dəstək göstərib və "Baku Steel Art" Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılmış əsərləri təqdim edib: rumıniyalı heykəltəraş Petre Virgiliu Moqoşanunun "Məhdud məkanda hərəkət", azərbaycanlı heykəltəraş Teymur Qəribovun "İntizam - transformasiyanın nəticəsidir", Leyla Qabulovanın "Sükut axını" və Gursel Ələmşahovun "Su yoxdursa, həyat yoxdur" əsərləri.

Xüsusi olaraq festival üçün hazırlanmış "Polad ilmələr" instalyasiyası ekspozisiyada ayrıca yer tutub və həm böyüklər, həm də uşaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycan xalçaçılıq mədəniyyətinin Qarabağ qrupuna aid ən tanınmış nümunələrindən biri olan Malıbəyli xalçasından ilhamlanan pazl formasında kompozisiya armaturdan hazırlanmış konstruksiyada yerləşdirilib və ənənəvi ornamenti poladın sənaye estetikası ilə birləşdirib.

BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi əhəmiyyəti, eləcə də "Baku Steel Art" platforması vasitəsilə sənaye və incəsənətin birləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasına və onun beynəlxalq səviyyədə təşviqinə töhfəsini vurğulayır.

"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksəkkeyfiyyətli polad məhsulları istehsal edir.

Əlavə məlumat üçün: www.bakusteel.com

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Baku_Steel_Company#Beynəlxalq_Xalça_Festivalı#İçərişəhər_Dövlət_Tarix-Memarlıq_Qoruğu_İdarəsi#Azərbaycanda_İxracın_və_İnvestisiyaların_Təşviqi_Agentliyi_(AZPROMO)

Oxşar Xəbərlər

"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilərDigər

"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər

Azərbaycanın aparıcı İT şirkətlərindən olan "ULTRA Technologies" və Ukraynanın konsaltinq şirkəti "Intellica Consulting" data əsaslı həllər və intellektual texnologiyalar sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Strateji Tərəfdaşlıq Memorandumunun imzalandığını elan ediblər.

Bu gün
13:020
"Birbank"dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edinDigər

"Birbank"dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir.

Bu gün
12:500
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!Digər

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərin yeni dalğası üçün qeydiyyata son 5 gün qalıb.

Bu gün
12:420
BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubDigər

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub

Sosial məsuliyyət prinsiplərinə sadiq qalan FMG şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu aksiya cəmiyyətin diqqətini bir daha qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinə yönəltməyi hədəfləyib.

Bu gün
12:180