Son dəqiqə
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞAPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaqHörmüz boğazında gəmiyə naməlum hücum olubDünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEODünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdırBayramdan sonrakı səhər: Xalça festivalı necə "zibil festivalı"na çevrildi? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Baku TV Bibiheybətdəki "gəmi qəbiristanlığı"nda: "Doğrayıb aparacaqlar" - VİDEO
Baku TV Bibiheybətdəki "gəmi qəbiristanlığı"nda: "Doğrayıb aparacaqlar" - VİDEO
Cəmiyyət

Baku TV Bibiheybətdəki "gəmi qəbiristanlığı"nda: "Doğrayıb aparacaqlar" - VİDEO

25 mart 2026
18:08
5 baxış
Paylaş:

Baku TV Bibiheybət qəsəbəsində yerləşən, istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazidən - "gəmi qəbiristanlığı"ndan reportaj hazırlayıb.

Baku TV Bibiheybət qəsəbəsində yerləşən, istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazidən - "gəmi qəbiristanlığı"ndan reportaj hazırlayıb.

Bildirilir ki, vaxtilə Xəzər sularında fəaliyyət göstərmiş bu gəmilər bu gün artıq tarixə qovuşub. Ərazidə Əli Əmirov, Sabit Orucov, Samir Quliyev kimi tanınmış şəxslərin adlarını daşıyan gəmilər də mövcuddur.

Hazırda "gəmi qəbiristanlığı"nın bir hissəsi həvəskar balıqçıların məkanına çevrilib. Uzun illərdir burada balıq ovu ilə məşğul olan Fikrət Tahirov deyir ki, alternativ məkanların azlığı səbəbindən balıqçılar bu əraziyə üz tuturlar:

"Beş ildən çoxdur ki, şəxsi qayığımla kütüm ovuna çıxıram. Həvəskar balıqçıların gedəcəkləri başqa yer yoxdur. Bura qəbiristanlıq deyil. 3-4 dənə köhnə, istifadəyə yararsız gəmi var, yəqin ki, onları da doğrayıb aparacaqlar".

Sözügedən ərazidə yer alan "Aura" gəmisi 2015-ci ildə fəaliyyətini dayandırıb. "Əli Əmirov" geoloji kəşfiyyat gəmisi isə vaxtilə 200 metr dərinlikdəki quyuların şlanq-kabel üsulu ilə qazılması proseslərini həyata keçirməklə yanaşı, dalğıc işlərinin icrasında da istifadə olunub.

Gəmilər arasında xüsusi maraq kəsb edən "Sabit Orucov" gəmisidir. SSRİ qaz sənayesi naziri postunda çalışan Sabit Orucovun adını daşıyan gəmi 1990-cı il 20 yanvar hadisələri zamanı Bakı buxtasında tarixi rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan bütün mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı məhz bu gəmidə fəaliyyət göstərib. "Sabit Orucov" gəmisi müqavimətin mərkəzinə çevrilib, Bakı buxtasına giriş-çıxışın bağlanmasında əsas rol oynayıb.

Buraya tərk edilən gəmilərin sonrakı taleyi ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən bildirilib ki, həmin gəmilərin saxlandığı ərazi onların səlahiyyətində deyil. İstismar müddəti bitən gəmilər isə bir qayda olaraq doğranmağa göndərilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Bayramdan sonrakı səhər: Xalça festivalı necə "zibil festivalı"na çevrildi? - FOTOCəmiyyət

Bayramdan sonrakı səhər: Xalça festivalı necə "zibil festivalı"na çevrildi? - FOTO

Mayın 1-dən 3-dək Bakıda Beynəlxalq Xalça Festivalı keçirildi. Festivalın keçirildiyi əsas məkan İçərişəhər oldu. Proqram çərçivəsində burada mühazirələrdən tutmuş ulduzların konsertinədək müxtəlif tədbirlər keçirildi.

Bu gün
08:260
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 04.05.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 04.05.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
08:200
Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladıCəmiyyət

Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı

"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir".

Bu gün
08:160
Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTOCəmiyyət

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar.

Bu gün
06:460