
Başı telefona qarışan sürücülərin TÖRƏTDİKLƏRİ QƏZALAR - ANBAAN GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Bu barədə Gundem.today-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə bu cür hadisələr zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar", - məlumatda qeyd edilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.