Son dəqiqə
Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEOPremyer Liqa təmsilçisində kütləvi ayrılıq: 14 futbolçu heyəti tərk etdi - FOTO"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyibAnkara Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanacağına ümid edirSosial şəbəkələrə yaş məhdudiyyəti: Uşaqları nə gözləyir?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO
Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO
Cəmiyyət

Bayıldakı tarixi bina BAXIMSIZ VƏZİYYƏTDƏDİR: Aidiyyəti qurum susur - FOTO - VİDEO

15:58
0 baxış
Paylaş:

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində tarixi əhəmiyyətli memarlıq abidəsi baxımsız vəziyyətdədir.

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində tarixi əhəmiyyətli memarlıq abidəsi baxımsız vəziyyətdədir.

Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, söhbət 5 nömrəli doğum evindən gedir.

"Bu bina tarixi əhəmiyyətli memarlıq abidəsidir. Buna baxmayaraq illərdir baxımsız vəziyyətdə qalıb. Halbuki 2023-cü ildə təmir üçün 15 milyon manata yaxın vəsait ayrılmışdı", - deyə şikayətdə bildirilir.

Gundem.today-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən binanın tarixi olması təsdiqlənib.

Qeyd olunub ki, Qurban Abbasov küçəsi, 29 ünvanında yerləşən Doğum evinin binasının bərpası ilə bağlı təqdim edilən layihə qanunvericiliyə uğun olaraq, aidiyyəti qurumlarla razılaşdırılıb və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bina Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansında olduğu üçün bərpa və istifadə ilə bağlı məsələlər sözügedən qurumun səlahiyyətindədir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da heç bir cavab ala bilmədik.

Xatırladaq ki, 2023-cü il oktyabrın 26-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tenderin qalibinin "ORN GROUP" MMC olduğu və Kliniki Tibbi Mərkəzin tabeliyindəki 5 nömrəli Kliniki doğum evinin əsaslı təmiri işləri üçün şirkətlə 14 milyon 819 min 295 manat 14 qəpik məbləğində müqavilə bağlandığı məlumatları yayılmışdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Mədəni_İrsin_Qorunması#İnkişafı_və_Bərpası_üzrə_Dövlət_Xidməti#Tibbi_Ərazi_Bölmələrini_İdarəetmə_Birliyi_(TƏBİB)#Azərbaycanın_tarixi_abidələri

Oxşar Xəbərlər

Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?Cəmiyyət

Uşaqlarla bağlı yeni təklif bizə nə verəcək?

Kubra Məhərrəmova yazır...

18:300
Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEOCəmiyyət

Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb" - VİDEO

"Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodunun çirkab sularını birbaşa Xəzər dənizinə axıtması ilə bağlı iddialar əsassızdır".

19:060
Sosial şəbəkələrə yaş məhdudiyyəti: Uşaqları nə gözləyir?Cəmiyyət

Sosial şəbəkələrə yaş məhdudiyyəti: Uşaqları nə gözləyir?

"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və

19:240
Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb"Cəmiyyət

Pivə zavodundan Xəzər dənizinə çirkab axıdılması iddialarına rəsmi cavab: "İstehsal çoxdan dayanıb"

Bakının Xətai rayonu ərazisində yerləşən pivə zavodu çirkab suları birbaşa Xəzər dənizinə axıdır.

19:060