
Bazar gününün havası açıqlandı - 26.04.2026
Azərbaycanda aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? - FOTO
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər.
CəmiyyətBakıda Caz və Şərab Festivalı: "Nəvəm də, balalarım da buraya gələcəklər" - VİDEO
Bakıda Dənizkənarı Milli Parkda Caz və Şərab Festivalı start götürüb. Festival ilk gündən şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.
CəmiyyətBəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Aprelin 25-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.
CəmiyyətTərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Əli Məhəmməd oğlu Nəbiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.