Son dəqiqə
ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıbNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTOABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEOZelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"Sabah 19 dərəcə isti olacaq - 24.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlandı
Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlandı
Dünya

Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlandı

20 aprel 2026
17:44
0 baxış
Paylaş:

Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlanıb.

Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlanıb.

Gundem.today-ın "Mash" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") məlumat verilib.

Məlumata görə, məşhur "Savuşkin produkt" və "Smoleviçi moloko" kəsmiklərində təhlükəli maddə tapılıb.

"Bu maddə qaraciyəri zədələməklə yanaşı, allergiya, mədə-bağırsaq traktı problemlərinə, hətta hamilə qadınlarda dölün malformasiyasına (hamiləlik zamanı dölün malformasiyaları (anadangəlmə qüsurlar) dölün inkişafı dövründə orqan və sistemlərin strukturunda yaranan pozuntulardır. Bu qüsurlar yüngül formadan həyatla bir araya sığmayan ağır formalara qədər dəyişə bilər - red.) səbəb ola bilər", - deyə məlumatda bildirilib.

"Rosselxoznadzor"un apardığı yoxlamaya əsasən, məhsulun tərkibində aşkarlanan maddə albendazol sulfondur ki, bu da inəklərin müalicəsində istifadə edilən qurd əleyhinə dərmanların parçalanma məhsuludur.

Heyvanları bu dərmanla müalicə etmək mümkündür, lakin preparatın heyvanın orqanizmindən tamamilə xaric olmasını gözləmək lazımdır. Əgər bu müddətə əməl olunmazsa, təhlükəli kimyəvi maddələr südə qarışacaq və hətta kəsmik emal edildikdən sonra belə orada qalacaq. Bu da insanlar üçün təhlükəlidir, belə ki, nəticədə mədə-bağırsaq traktı, qaraciyər və qan dövranı sistemi problemləri və allergiyaya gətirib çıxara bilər.

"Savuşkin produkt" və "Smoleviçi moloko" ("Servolyuks" və "Santa" şirkətlərinin qrupları) istehsal şirkətləri gücləndirilmiş laboratoriya nəzarəti altına alınıb. Belarus Baytarlıq Xidmətindən tədbir görməsi istənilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#kəsmik#təhlükəli_maddə#Belarus#Savuşkin_produkt#Smoleviçi_moloko#Rosselxoznadzor#albendazol_sulfon#süd_məhsulları#qida_təhlükəsizliyi

Oxşar Xəbərlər

ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıbDünya

ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) direktoru vəzifəsini icra edən Todd Lyonsa hədə-qorxu dolu mesajlar göndərməkdə şübhəli bilinən Daniel Barber San-Fransisko şəhərində tutularaq həbs edilib.

Bu gün
13:320
ABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?Dünya

ABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?

ABŞ ordusunun Hörmüz blokadasının başlanmasından bəri İrana yön alan və bu ölkənin sahillərindən yola düşməyə cəhd edən 31 gəminin istiqamətini dəyişdirib.

Bu gün
13:160
Zelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"Dünya

Zelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"

"Ukrayna ABŞ-nin diqqət mərkəzində qalmalıdır. Birləşmiş Ştatların hazırda İranla müharibəyə diqqət yetirdiyini başa düşürük, amma hərbi əməliyyatların davam etdiyi Ukraynanı da unutmamaq vacibdir".

Bu gün
13:080
Gizli ekoloji fəlakət? - ABŞ-də aqressiv soxulcanlar yayılırDünya

Gizli ekoloji fəlakət? - ABŞ-də aqressiv soxulcanlar yayılır

ABŞ əhalisi aqressiv invaziv soxulcan növü sayılan Asiya "tullanan qurdunun" yayılması barədə xəbərdar edilib. Bu növ həmçinin "dəli" və ya "ilan" qurdu kimi də tanınır.

Bu gün
13:000