
Belçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər
Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.
Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bəli, NATO bəzən "kağız pələng" kimi davrana bilər. Bu doğrudur və mən bunu təsdiqləyə bilərəm, çünki alyansın qərargahı məhz Belçikada yerləşir", - deyə o, ABŞ-də Atlantik Şurasında çıxışı zamanı bildirib.
Teo Franken çıxışdan əvvəl amerikalı həmkarı Pit Heqset ilə də görüşüb.
Nazir daha əvvəl CNN-ə müsahibəsində ABŞ və Avropa ölkələri arasında NATO daxilindəki fikir ayrılıqlarını "uzun sürən ailə böhranı" kimi xarakterizə edib və tərəfləri bu vəziyyəti aradan qaldırmaq üçün səylərini artırmağa çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hərb naziri NATO müttəfiqlərini hədələdi: "Bu bağışlanmazdır"
ABŞ-nin hərb naziri Pit Heqset bəyan edib ki, bir çox NATO müttəfiqi İrana qarşı əməliyyatda onlara etibar etməyin mümkün olmadığını nümayiş etdirib və bunun nəticələri olacaq.
DünyaAlmaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı
Almaniya Kansleri Fridrix Merts sosial şəbəkələrdə ondan əvvəlki heç bir ölkə liderinin məruz qalmadığı hücum və təhqirlərlə qarşılaşdığını bəyan edib.
Dünya"Spotify"nin işində problemlər yaranıb
Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.
DünyaABŞ-nin İrana qarşı əməliyyatlara çəkdiyi xərclərin məbləği açıqlandı
ABŞ-nin İrana qarşı əməliyyatlarının cari xərcləri 25 milyard dollar həcmində qiymətləndirilir.