Son dəqiqə
Xəyanət edənlər 20 min manat təzminat ödəyəcəklər? - Vəkil AÇIQLADITürkiyə futbolunda cəza yağışı: Nəhənglər milyonlarla lirə cərimələndiAzərbaycanda vulkan püskürüb - FOTOBəzi şəxslərin maaşlarında artımlar olacaqNikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayı artırıla bilərTərcüməçinin hərəkəti "Səbail"ə baha başa gəldi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər
Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər
Cəmiyyət

Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər

Bu gün
11:18
1 baxış
Paylaş:

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur.

Vurğulanıb ki, bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.

Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Qeyd olunub ki, layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

Həmçinin sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.

Layihə səsə qoyulduqdan sonra üçüncü oxunuşda qəbul olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Müəllim#Müəllimlərin_sertifikasiyası#Müəllimlərin_attestasiyası#Milli_Məclis#Təhsil_haqqı

Oxşar Xəbərlər

Xəyanət edənlər 20 min manat təzminat ödəyəcəklər? - Vəkil AÇIQLADICəmiyyət

Xəyanət edənlər 20 min manat təzminat ödəyəcəklər? - Vəkil AÇIQLADI

Son günlər Vəkil Turan Abdullazadənin adından yayılan "xəyanətə görə tərəflər 20 000 manat kompensasiya ala bilər" fikri gündəm olub. Artıq cəmiyyətdə sözügedən mövzu ilə bağlı müzakirələr başlayıb.

Bu gün
13:000
Bəzi şəxslərin maaşlarında artımlar olacaqCəmiyyət

Bəzi şəxslərin maaşlarında artımlar olacaq

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Bu gün
13:090
Nikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayı artırıla bilərCəmiyyət

Nikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayı artırıla bilər

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur.

Bu gün
12:520
Dövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTOCəmiyyət

Dövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO

Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.

Bu gün
12:360