
Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
"Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", - məlumatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətFHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"
"Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə olunub".
CəmiyyətƏrazilərdən suyun çəkilməsi işləri davam etdirilir - VİDEO
Digah kəndi, Bakıxanov küçəsi, Qaradağ rayonu Ələtdən Bakıya gələn yolun Lökbatan dairəsinin yaxınlığında olan ərazi, Sabunçu vağzalının qarşısı və Lökbatan körpüsünün altına yığılan yağış suları ərazilərdən kənarlaşdırılır.
CəmiyyətBakı-Quba avtomobil yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT - FOTO - VİDEO
Bakı-Quba avtomobil yolunda, Ataçay çayı üzərində yerləşən körpüdə təhlükəli vəziyyət yaranıb.
CəmiyyətXırdalandakı binada 11 günlük "qaranlığın" səbəbi AÇIQLANDI - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Çinar" MTK yaşayış kompleksində artıq 11 gündür ki, işıq və su təchizatı kəsilib.