Son dəqiqə
Şekspirin Londondakı evinin dəqiq yeri müəyyən edilib - FOTOGündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQAvtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİRİlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi - ŞOK HESABATKİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşibTramp Rusiya ilə bağlı qadağanın müddətini uzatdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA
Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət

Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA

Dünən
12:52
0 baxış
Paylaş:

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri ilə bağlı yaranan vəziyyət narazılığa səbəb olub.

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri ilə bağlı yaranan vəziyyət narazılığa səbəb olub.

Gundem.today xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əvvəlcədən verilən məlumata əsasən, qeyd olunan ərazidə yol 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək tam bağlanmalı idi. Lakin göstərilən tarix başa çatsa da, 72, 125, 149, 205 və E1 nömrəli marşrut xətlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Paylaşımda vurğulanır ki, yaranmış vəziyyət ərazidə yaşayan sakinlərin gündəlik həyatına ciddi təsir göstərib. Belə ki, vətəndaşlar məktəbə, universitetə və işə getməkdə çətinliklərlə üzləşiblər.

"Təmir işlərinin iş günlərinə təsadüf etməsi də suallar doğurur. Belə məhdudiyyətlərin həftəsonuna planlaşdırılması həm nəqliyyat sıxlığını azalda, həm də vətəndaşların gündəlik həyatına təsiri minimuma endirə bilər" - paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı Gundem.today-ın sorğusuna cavab olaraq AAYDA-dan bildirilib ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10-12 saatlıq gecikmə yaranıb.

Qurumdan verilən məlumata görə, hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işləri tamamlanacaq, yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq:

"Təmir prosesi maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilib. Belə ki, problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin olunaraq işlər paralel şəkildə icra edilib. Yalnız son mərhələdə təhlükəsizlik tələbləri və texnikanın sərbəst hərəkət imkanlarının təmin olunması məqsədilə yolda qısamüddətli məhdudiyyət qoyulub".

Açıqlamada o da vurğulanıb ki, bu müdaxilə əvvəlcədən planlaşdırılmış təmir işi olmayıb:

"Ərazidə yaranmış deformasiya səbəbindən operativ və təcili tədbirlərin görülməsi zəruri olub. Əvvəlcədən planlaşdırılan digər təmir işləri vətəndaşların rahatlığını təmin etmək məqsədilə əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Təmir_işləri#Azərbaycan_Avtomobil_Yolları_Dövlət_Agentliyi_(AAYDA)

Oxşar Xəbərlər

Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİRCəmiyyət

Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR

Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.

Bu gün
03:000
Bakıda məşhur prospektdəki obyeklərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEOCəmiyyət

Bakıda məşhur prospektdəki obyeklərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO

Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

Bu gün
01:240
Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEOCəmiyyət

Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO

Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

Bu gün
01:240
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEOCəmiyyət

Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülərdə müştəri bildirir ki, 65 manata "A klass" adı ilə aldığı çantanın çox qısa zamanda rəngi gedib. "A klass" adlanan məhsullar keyfiyyət cəhətdən orijinala ən yaxın hesab olunur.

Bu gün
23:120