Son dəqiqə
ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün yeni ittifaq qururSahibkarlar üçün YENİLİK: Binaların "AĞILLI" idarə olunmasıAlman bloqer paraşütlə tullanarkən Rubik kubunu yığaraq dünya rekordu qırdı - VİDEOABŞ lideri Hörmüzü "Tramp boğazı" adlandırdı - FOTODünya çempionatına 42 gün qaldı: İSVEÇRƏ - "Nati" - FOTO - VİDEOABŞ İrana qarşı Yaxın Şərqdə hipersəs raketlərini yerləşdirə bilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Bir mərtəbə dedilər, üçünü tikdilər" - Bakının mərkəzində tikinti özbaşınalığı
"Bir mərtəbə dedilər, üçünü tikdilər" - Bakının mərkəzində tikinti özbaşınalığı
Cəmiyyət

"Bir mərtəbə dedilər, üçünü tikdilər" - Bakının mərkəzində tikinti özbaşınalığı

31 mart 2026
22:00
1 baxış
Paylaş:

Bakının Nəsimi rayonu ərazisində yerləşən Zorge parkında aparılan tikinti işləri ətrafında gərginlik artır. Tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək, parkın ərazisində qanunsuz tikinti və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi ittihamlar irəli sürüb.

Gundem.today xəbər verir ki, memar dövlət qurumlarını aşkar qanun pozuntularına reaksiya verməməkdə günahlandırıb.

E.Əliyev qeyd edib ki, ərazidəki məlumat lövhəsində binanın cəmi birmərtəbəli olacağı göstərilsə də, hazırda faktiki olaraq üçüncü mərtəbənin inşasına başlanılıb:

"Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina ucalır. Məlumat lövhəsində cəmi bir mərtəbə göstərilsə də, artıq zirzəmi və birinci mərtəbədən sonra üçüncü mərtəbə tikilir. Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti və Nəsimi rayonunun baş memarı mənə şəxsən binanın yalnız birmərtəbəli olacağını bildirmişdilər".

Memar, həmçinin məlumat lövhələrindəki rəqəmlərin qısa müddətdə şübhəli şəkildə dəyişdirildiyini diqqətə çatdırıb:

- Ölçülər: Əvvəlcə 33×19 metr göstərilsə də, sonradan 33.2×19.8 metrə çatdırılıb.

- Hündürlük: İlkin olaraq 5.7 metr qeyd edilsə də, daha sonra sənəddə 6.6 metrə qədər artırılıb.

Elçin Əliyev Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsini və Bakı Şəhər İcra Hakimiyyətini cinayət işi başlamaq əvəzinə sükut nümayiş etdirməkdə ittiham edib. O, 13.12.2024 tarixli (№38731) dövlət ekspertizası rəyi və 13.06.2025 tarixli (№ETİ-36/25) tikintiyə icazə sənədlərinin qanuniliyini sual altına alaraq, bu sənədlərə hansı əsasla dəyişiklik edildiyinin açıqlanmasını tələb edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 30.04.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 30.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
08:220
Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNATCəmiyyət

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT

Sosial Xidmətlər Agentliyində yeni təyinat baş tutub.

Bu gün
03:010
Ucar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEOCəmiyyət

Ucar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO

Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.

Bu gün
01:360
Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEOCəmiyyət

Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO