Son dəqiqə
Türkiyədən maraqlı görüntülər: İstanbul boğazında delfinlər "rəqs ediblər" - FOTO - VİDEO"Apple"dan fotoşəkillərin redaktəsi ilə bağlı YENİLİKFariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNATRusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu olduQlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzəKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Biri ilə mübahisə etdi, digərlərini güllələdi - Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI
Biri ilə mübahisə etdi, digərlərini güllələdi - Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI
Hadisə

Biri ilə mübahisə etdi, digərlərini güllələdi - Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI

27 mart 2026
13:26
1 baxış
Paylaş:

Ötən gün Zirə qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Ötən gün Zirə qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Gundem.today-ın məlumatına görə, hadisə Türkan və Zirə qəsəbələrinin arasında yerləşən, Zirə qəsəbə sakini, mərhum Vaqif Əmirovun həyətyanı torpaq sahəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov Bakının Yasamal rayonu ərazisində yaşayırmış. O, 2 il əvvəl şəhər ərazisindəki evini satıb, Türkan qəsəbəsinə köçüb, orada təsərrüfatla məşğul olurmuş. O, Türkanla Zirə ərazilərində heyvan otarmaqla məşğul olurmuş. Həmin ərazidə isə Zirə qəsəbə sakini Vaqif Əmirov özünəməxsus torpaq sahəsində əkinçiliklə məşğul olub.

Hadisə Cavanşir Muradovla onun qonşusu Ruslan Əliyev arasında baş verən mübahisədən yaranıb. R.Əliyev Türkan qəsəbəsində C.Muradovun qonşusu olub və 2 il əvvəl Cavanşir evini tikərkən Ruslanla mübahisəsi düşüb. Həmin vaxtdan etibarən qonşular arasında narazılıq davam edib.

Ruslanla Cavanşir arasında bir gün əvvəl də mübahisə yaranıb, Ruslan hadisə yerindən qaçıb. Dünən axşam saatlarında Ruslan özünəməxsus VAZ-2107 markalı avtomobillə Cavanşirin heyvan otardığı yerin yanından sürətlə keçib və bu da Cavanşiri əsəbiləşdirib. Cavanşir evə qayıdaraq özünəməxsus odlu silahı götürüb, yenidən əkin sahəsinə qayıdıb və Ruslanın geri qayıtmasını gözləyib. Ruslan avtomobillə geri qayıdarkən Cavanşir odlu silahdan Ruslanın avtomobilinə üç dəfə atəş açsa da, onu vura bilməyib. Ruslanın avtomobilinə ciddi ziyan dəysə də, özü güllədən yayına bilib.

Səsə həyətyanı sahəsində əkinçiliklə məşğul olan Vaqif Əmirov və oğlu Məmmədhüseyn Əmirov gəliblər və Cavanşir Muradov naməlum səbəbdən onlara atəş açıb. Hadisə nəticəsində M.Hüseynov yüngül xəsarət alsa da, V.Əmirov aldığı güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olunduHadisə

Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu

Balakən rayonunda yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar.

Bu gün
19:000
Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu - VİDEOHadisə

Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu - VİDEO

Balakən rayonunda yerin təkindən qanunsuz istifadə edən şəxslər müəyyən olunublar.

Bu gün
19:000
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜHadisə

Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ

Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.

Bu gün
18:030
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ - VİDEOHadisə

Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri ÖLDÜ - VİDEO

Bakıda gənc oğlanın dəm qazından zəhərlənib ölməsi, yeniyetmənin isə zəhərlənməsi üzrə araşdırma aparılır.

Bu gün
18:030