
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub. İdarədə müraciət əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10.1 milyon manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3.7 milyon manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34.55 milyon manat, 19 fermer üzrə isə 24.2 milyon manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.
Palata, həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18.8 milyon manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.
Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətValideynlər Nərimanovda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI - VİDEO
Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
CəmiyyətYağıntılar intensivləşəcək, sel ehtimalı var: Külək GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
CəmiyyətMetrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb.
CəmiyyətAnar Bayramov iki yüksəkvəzifəli şəxsi İŞDƏN ÇIXARDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.