
BMT-nin iclasında WUF13 müzakirə edilib
Aprelin 21-22-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyası keçirilib.
Aprelin 21-22-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyası keçirilib.
Gundem.today xəbər verir ki, bu beynəlxalq tədbirdə geniş müzakirə edilən mövzulardan biri Azərbaycanın bir ay sonra ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) olub. Azərbaycan Hökumətinin "UN-Habitat"la birgə tədbirə hazırlıq işləri haqqında geniş məlumat verilib.
WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" olan ana mövzusunun hal-hazırda dünyada ən aktual məsələlərdən biri olması üzv ölkələrin forum haqqında fəal müzakirələrində WUF13-ə çoxsaylı istinadlarla öz əksini tapıb. WUF13-ün dayanıqlı şəhərsalma inkişafı üzrə qlobal gündəm üçün uzunmüddətli strateji əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
İclasda "UN-Habitat"ın "Hər Kəs üçün Münasib Mənzil" üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupunun (OEWG-H) həmsədrləri Azərbaycan və Somalinin adından 2026-cı il üzrə iş planı barədə daimi nümayəndə Sultan Hacıyevin məruzəsi dinlənilib.
Aprelin 8-10-da Nayrobi şəhərində keçirilmiş 2-ci Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində həyata keçirilən işlər, həmçinin WUF13 və il ərzində baş tutacaq digər qlobal tədbirlərdə nəzərdə tutulan fəaliyyət barədə üzv ölkələr məlumatlandırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin AUF2-də aktiv iştirakı qeyd edilib və AUF2 ilə WUF13 arasında mahiyyət üzrə bağlılıq diqqətə çatdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLatviya prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"
"Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı".
SiyasətPrezident: "Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir" - VİDEO
"Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə ink
SiyasətEdqars Rinkeviçs: "Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır"
"Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir".
SiyasətLatviya prezidenti: "Azərbaycanla ticari əlaqələrimizi genişləndirməyə hazırıq"
"Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır".