
Bolnisidə avtomobilin azərbaycanlı uşağı vuraraq öldürməsi etirazlara səbəb olub
Gürcüstanda aprelin 28-də yerli vaxtla təxminən saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.
Gürcüstanda aprelin 28-də yerli vaxtla təxminən saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.
Gundem.today Aktual.ge-yə istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan azyaşlının bir müddət sonra ailəsinə məlumat verilmədən cəsədinin ekspertizaya aparılması yaxınları və Kolayır sakinlərinin ciddi etirazına səbəb olub.
Bunun ardınca klinika qarşısında olan çoxsayda Kolayır sakinləri ekspertizaya aparan avtomobili piyada şəkildə təqib etməyə çalışıblar, lakin nəqliyyat vasitəsini saxlamaq mümkün olmayıb. Daha sonra etirazçılar Marneulidə "Ploşad" adlanan əraziyə yığışıblar. Orada hüquq-mühafizə orqanları əməkdaşları ilə yerli sakinlər arasında sözlü qarşıdurma yaşanıb.
Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub, bir müddət sonra isə yol nəqliyyatın hərəkəti üçün yenidən açılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ilə araşdırma aparılır. Bu cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.
Dünya"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
DünyaAlmaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
2025-ci ilin yekunlarına əsasən, Almaniyada doğum səviyyəsi 1946-cı ildən bəri ən aşağı həddə çatıb. Ölkədə qeydə alınan ölüm halları doğum sayını üstələyərək tarixi demoqrafik kəsir yaradıb.
Dünya"YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib
"Google" şirkəti "YouTube" platformasında video məzmununun axtarışı və təhlili üçün "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.