
Böyük Britaniya Ukraynaya tarixinin ən böyük PUA paketini verəcək
Böyük Britaniya döyüş meydanında istifadə ediləcək qabaqcıl texnologiyalara malik 120 mindən çox dronun daxil olduğu "tarixin ən böyük" PUA paketini Ukraynaya təhvil verəcək.
Böyük Britaniya döyüş meydanında istifadə ediləcək qabaqcıl texnologiyalara malik 120 mindən çox dronun daxil olduğu "tarixin ən böyük" PUA paketini Ukraynaya təhvil verəcək.
Gundem.today xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
"Böyük Britaniya Ukraynaya tarixdə ən böyük pilotsuz uçuş aparatları tədarükünü elan edib və bu çərçivədə cari ildə ən azı 120 000 dron göndəriləcək. Bu addım bütün ölkə daxilində iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına təkan verəcək", - deyə bəyanatda vurğulanıb.
Həmçinin bildirilir ki, Böyük Britaniyanın indiyədək təqdim etdiyi bu ən böyük paketə Ukraynadakı cəbhə xəttində döyüş qabiliyyətini artıq sübut etmiş minlərlə uzaqmənzilli zərbə, kəşfiyyat və logistika əməliyyatları üçün nəzərdə tutulan dronlar, eləcə də dəniz təminatı vasitələri daxil olacaq.
Britaniyanın müdafiə naziri Con Hili Londonun öz səylərini artırdığını və Ukraynaya "rekord sayda pilotsuz uçuş aparatı" verəcəyini deyib. Onun sözlərinə görə, bu təchizat Ukrayna Silahlı Qüvvələrinə müdafiə olunmaq və Rusiyaya qarşı mübarizə aparmaq üçün geniş imkanlar yaradacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb
Şanlıurfa və Kahramanmaraşda məktəblərə hücumlarla bağlı aparılan əməliyyatlar çərçivəsində 411 nəfər saxlanılıb.
DünyaSəid Xətibzadə: "İran heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmir"
"İran Amerika Birləşmiş Ştatları ilə hər hansı bir müvəqqəti atəşkəs sazişinə qarşıdır, çünki belə addımlar gələcəkdə hərbi əməliyyatların yenidən başlamasına səbəb ola bilər".
Dünyaİran Hörmüz boğazını açdı
İran Hörmüz boğazını açıb.
DünyaOrban məğlubiyyətindən danışdı: "Ağrı və boşluq hiss edirəm"
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkisi günü ağrı hiss etdiyini və hazırda "əmək terapiyası" ilə müalicə aldığını etiraf edib.