
Böyük Britaniyada həkimlərin aşkarlaya bilmədikləri nadir xəstəliyi süni intellekt tapdı
Kardiff şəhərindən olan Fibi Tesoriere dörd il ərzində həkimlərin onun şikayətlərini adi narahatlıq kimi qiymətləndirməsindən sonra, süni intellektə - "ChatGPT" çatbotuna müraciət edərək səhhətindəki ciddi problemin əsl səbəbini öyrənə bilib.
Kardiff şəhərindən olan Fibi Tesoriere dörd il ərzində həkimlərin onun şikayətlərini adi narahatlıq kimi qiymətləndirməsindən sonra, süni intellektə - "ChatGPT" çatbotuna müraciət edərək səhhətindəki ciddi problemin əsl səbəbini öyrənə bilib.
Gundem.today xəbər verir ki, bu nadir tibbi hadisə barədə "Daily Star" nəşri məlumat yayıb.
Səhhəti kəskin şəkildə ağırlaşan qadın çıxış yolunu süni intellektdən istifadə etməkdə görüb. O, ayaqlarında yaranan sərtlik, əzələ zəifliyi və saç tökülməsi kimi simptomları sistemə daxil edib. Məlumatları analiz edən "ChatGPT" bunun nadir genetik xəstəlik - irsi spastik paraplegiya ola biləcəyini ehtimal edib.
Süni intellektin təqdim etdiyi nəticələrə əsaslanan pasiyent terapevti ilə əlaqə saxlayaraq xüsusi genetik analizlərin aparılmasını tələb edib. Müayinələr nəticəsində çatbotun ehtimalı öz təsdiqini tapıb. Fibidə zamanla bütün ətrafların əzələ sistemini zədələyən çox nadir patologiya - irsi spastik paraplegiyanın mürəkkəb kvadripleqik növü aşkar edilib.
Pasiyentin sözlərinə görə, ötən dörd il ərzində mütəxəssislər ona yanlış olaraq təşviş pozğunluğu və ya Todd iflici (qıcolma tutmalarından sonra ətraflarda yaranan keçici sərtlik) kimi müxtəlif diaqnozlar qoyublar.
"Bu, mənim üçün çox təzadlı bir an oldu. Bir tərəfdən, nəhayət ki, suallarıma cavab tapdım və bədənimdə nələrin baş verdiyini anladım. Digər tərəfdən isə, bu, insanın bütün gələcək həyatını dəyişdirəcək ağır bir diaqnozdur", - deyə Tesoriere vəziyyətini izah edib.
Hazırda xəstəliyin gedişatı sürətlənir və proses təkcə aşağı ətrafları deyil, həm də qolları əhatə edir. Fiziki məhdudiyyətlərə görə Fibinin müəllimlik peşəsindən uzaqlaşmaq məcburiyyətində qaldığı bildirilir. Hazırda onun bacısı Yasmin xəstənin onurğa sütununu dəstəkləyəcək və sərbəst hərəkət imkanı verəcək xüsusi təyinatlı əlil arabasının alınması üçün xeyriyyə kampaniyasına başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranlılar ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıblar - VİDEO
İranda əhali ABŞ və İsrailin "məğlubiyyətini" qeyd etmək üçün küçələrə çıxıb.
Dünya56 ildən sonra bənzər kadr: Ayın uzaq tərəfindən çəkilən möhtəşəm görüntü
"Artemis II" missiyası çərçivəsində "Orion" kosmik gəmisinin ekipajı tərəfindən çəkilmiş, 1968-ci ilə aid məşhur Ay fotosunun bənzəri olan görüntü yayımlanıb.
Dünya"Bitcoin"in qiyməti Trampın bəyanatları fonunda 6%-dən çox artıb
"Bitcoin"in qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs bəyanatları fonunda 6%-dən çox artıb.
DünyaABŞ-İran danışıqlarının ilk raundunun baş tutacağı tarix məlum oldu
ABŞ və İran arasında nizamlanma üzrə danışıqların ilk raundunun aprelin 10-da keçirilməsi gözlənilir.