
Britaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar
Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.
Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri krallığın Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq yayıb.
Böyük Britaniya Krallığının Müdafiə Nazirliyindən bildirilib ki, minaların axtarışı və zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış Kral Dəniz Qüvvələrinin ekspertləri Hörmüz boğazı ərazisində lazımi tədbirləri həyata keçirməyə hazırlıq görürlər.
Birləşmiş Krallıq eyni zamanda boğazda hərəkət təhlükəsizliyini qorumaq məqsədilə irəli sürülən beynəlxalq missiya çərçivəsində avtonom minaaxtaran qurğular ayıracağını da təsdiq edib.
"Politico" nəşrinin təhlilinə əsasən, rəsmi London bu addımı ilə ABŞ Prezidenti Donald Trampa Fars körfəzindəki strateji su yolunun mühafizəsinə mühüm dəstək vermək niyyətində olduğunu nümayiş etdirməyə çalışır.
Xatırladaq ki, ötən ay Böyük Britaniya Fars körfəzinə hərbi donanma gəmisi və ya minalara qarşı avtonom sistemlərlə təchiz edilmiş ticarət gəmisi yollamaq variantını nəzərdən keçirdiyini açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə güclü partlayışlar qeydə alındı
Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb.
DünyaYaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB
Yaponiyanın Şimali Aomori prefekturasının hakimiyyəti regionda quş qripi epidemiyasının aşkarlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.