
Britaniyada yanacaq oğurluğu halları artıb
Böyük Britaniyada yanacaq qiymətlərinin artması fonunda avtomobillərə yanacaq vurub ödəniş etmədən uzaqlaşma halları çoxalıb.
Böyük Britaniyada yanacaq qiymətlərinin artması fonunda avtomobillərə yanacaq vurub ödəniş etmədən uzaqlaşma halları çoxalıb.
Gundem.today "The Times"a istinadən xəbər verir ki, bəzən hətta bahalı avtomobil sahibləri də bu cür davranışlara yol verirlər.
Məlumata görə, mart ayında 500 yanacaqdoldurma məntəqəsində oğurluq nəticəsində gündəlik ziyan 27 faiz artaraq 10,6 min funt sterlinqə çatıb.
Həmçinin ödəniş edə bilmədiyini iddia edən sürücülərin sayı 22 faiz artıb. Bəzi qrupların isə yanacağı iri qablarla dolduraraq sonradan daha ucuz qiymətə satdığı bildirilir.
Qeyd olunub ki, ölkədə benzinin qiyməti mart ayında 1,58 funt sterlinqə, dizelin qiyməti isə 1,91 funt sterlinqə qədər yüksəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Razılaşma əldə olunmasa da, bunun fərqi yoxdur, əsas odur ki, biz qalib gəlirik"
ABŞ Prezidenti Donald Tramp İranla Pakistanda keçirilən danışıqların intensiv keçdiyini bildirib.
DünyaAtəşkəsdən sonra Hörmüz boğazından ilk supertankerlər keçib
Yaxın Şərqdə atəşkəsdən sonra ilk dəfə üç neft supertankeri Hörmüz boğazından keçib.
DünyaBu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.
DünyaKüveyt hava məkanına qoyulan məhdudiyyətləri uzatdı
Küveytin aviasiya qurumları ölkə üzərində mülki uçuşlara qoyulan qadağanı ən azı 12 saat uzadıb.