
BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO
2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.
2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.
Gundem.today xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, hadisə ilə bağlı prokurorluq nümayəndələri əraziyə cəlb olunub, ilkin istintaq tədbirləri həyata keçirilib və araşdırma Puant-a-Pitr (Pointe-à-Pitre) şəhərinin istintaq bölməsinə həvalə edilib. Eyni zamanda, silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.
Digər tərəfdən, Qvadelupda "Jandarma Zorakılığına Qarşı Birlik" təşkilatı (Kolektif Gwadloup Kont Vyolans a Jandam) tərəfindən yayılan bəyanatda hadisə sərt şəkildə tənqid olunub. Bəyanatda Liber Argelye adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanıb və bu hadisə "dövlət zorakılığının növbəti nümunəsi" kimi qiymətləndirilib.
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb olunub.
Nəticə etibarilə, bəyanatda, həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb. Təşkilat mərhumun ailəsinə başsağlığı verib və hadisənin Qvadelup cəmiyyətində ciddi narahatlıq doğurduğunu qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətCeyhun Bayramov Mixail Qaluzinlə Azərbaycan-Rusiya münasibətlərini müzakirə edib
Aprelin 14-də xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.
Siyasətİqtisadi Şuranın iclası keçirilib: Büdcənin proqnoz göstəriciləri müzakirə olunub - FOTO
14 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digə
SiyasətOrbanın məğlubiyyəti Ukrayna üçün yeni mərhələ deməkdir? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Macarıstanda keçirilmiş parlament seçkisi barədə müzakirə aparılıb.
SiyasətABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır
Amerika Birləşmiş Ştatları və İran danışıqları bərpa etmək məqsədilə ikinci görüşün keçirilməsi imkanını nəzərdən keçirirlər. Məqsəd 7 aprel tarixində elan olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmadan yeni müzakirələrin təşkilidir. Variantlardan biri kimi ikinci raundun yenidən İslamabadda keçirilməsi təklifi ortadadır.