Son dəqiqə
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTO"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildiŞəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTOMətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞXaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. "Cahandar ağa"nın doğum günüdür - VİDEO
"Cahandar ağa"nın doğum günüdür - VİDEO
Mədəniyyət

"Cahandar ağa"nın doğum günüdür - VİDEO

Bu gün
10:54
0 baxış
Paylaş:

Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.

Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür.

Gundem.today xatırladır ki, Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncə şəhərində doğulub.

On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib.

1939-cu ildən aktyor truppasının üzvü olan Ə.Abbasovun yaradıcılığı yalnız bu kollektivlə bağlı olub.

Gəncə Dövlət Dram Teatrının səhnəsində 200-dən artıq müxtəlif obrazlar yaradan Ələddin Abbasov "Səyavuş", "Fərhad və Şirin", "Aydın", "Otello" və s. tamaşalarda baş rollarda çıxış edib.

Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi olan Ə.Abbasovun aktyorluq təhsili olmasa da, yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

Səhnə uğurlarını Azərbaycan kinosunda da davam etdirən Ələddin Abbasov "Koroğlu", "Torpaq. Dəniz. Od. Səma", "Mən ki gözəl deyildim", "Dəli Kür", "Xatirələr sahili", "Səmt küləyi", "Qatır Məmməd", "Dörd bazar günü", "Gözlə məni", "Nizami", "Qocalar, qocalar...", "İşarəni dənizdən gözləyin", "Köhnə bərə", "Qətl günü", "Özgə vaxt", "Məkanın melodiyası" filmlərində, "Bizi dağlarda axtarın", "Qisas" qısametrajlı filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyub.

Ə.Abbasovun ən məşhur ekran rolu "Dəli Kür" filmində "Cahandar ağa" obrazıdır.

O, Məmmədrza Şeyxzamanov, Adil İsgəndərov, Mehdi Məmmədovla yaxın dost olub. Sənətinin kulminasiyası sayılan "Cahandar ağa" obrazına çəkilməsinin səbəbkarı da Adil İsgəndərov olub.

1969-cu ildə Ələddin Abbasov Gəncə teatrının kollektivi ilə Tbilisidə qastrolda olub. Eyni vaxtda iki teleqramla onu Bakıya çağırıblar. Teleqramın birini rejissor Hüseyn Seyidzadə, birini isə Adil İsgəndərov vurub: "Təcili Bakıya gəl".

Ələddin Abbasov Bakıya gəlib. Kinostudiyada ona deyiblər ki, səni "Dəli Kür" filminin çəkilişləri üçün təcili çağırıblar. Həmin vaxt inana bilməyib ki, onu "Cahandar ağa" roluna çəkərlər.

Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın Əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Ələddin Abbasov 2014-cü il iyulun 3-də 92 yaşında vəfat edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Doğum_günü#Ələddin_Abbasov

Oxşar Xəbərlər

Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEOMədəniyyət

Xalq artisti Adil İsgəndərovun doğum günüdür - VİDEO

Mayın 5-də Xalq artisti Adil İsgəndərovun doğum günü qeyd olunur.

Bu gün
09:560
İstiqlal şairi Əhməd Cavadın doğum günüdürMədəniyyət

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.

Bu gün
09:240
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞAMədəniyyət

Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Dünən
09:240
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTOMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

2 may 2026
13:360