
Canni İnfantino Rəcəb Tayyib Ərdoğana imzalı forma hədiyyə edib - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Gundem.today Anadolu agentliyinə istinadən xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında baş tutub.
FIFA rəhbəri Ərdoğana üzərində "Ərdoğan" yazısı və 26 nömrəsi qeyd olunan forma, dünya kubokunun surəti və 2026-cı il mundialının rəsmi topunu hədiyyə edib.
Qəbulda Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da iştirak ediblər.
Hacıosmanoğlu dövlət başçısına Türkiyə millisinin futbolkasını təqdim edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada həkimlər divan yeyən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər.
DünyaƏfqanıstanda cinlərlə danışdığını deyən şəxs saxlanıldı
Əfqanıstanda telefonla cinlərlə danışdığını bildirən bir vətəndaş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Dünya"Google" "Gemini" çatbotunda yenilik tətbiq edib
"Google" şirkəti "Gemini" çatbotuna birbaşa dialoq pəncərəsində interaktiv vizuallaşdırmalar formalaşdırmaq funksiyasını tətbiq edib. İndi istifadəçilər təkcə mətn formatında cavablarla kifayətlənməyəcək, həmçinin real vaxt rejimində idarə edə biləcəkləri vizual qrafiklər və 3D modellər əldə edəcəklər.
DünyaTramp: "Hörmüz boğazı tezliklə açılacaq"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.