
Cari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş verib
Davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.
Davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.
Gundem.today xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
2026-cı ilin birinci rübündə yola kənar insan müdaxiləsinə görə ADY maşinistləri 43 dəfə təcili tormozlama ediblər - ümumilikdə dörd toqquşma hadisəsi baş verib.
Sözügedən hadisələr insan itkisi və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır.
ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2026-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
CəmiyyətBəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Şəfayət Mehdiyev küçəsində yol hərəkətinin təşkili ilə bağlı problemlərə diqqət çəkilib.
CəmiyyətŞagird yerdəyişməsi müvəqqəti dayandırılır
IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.
CəmiyyətBakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO
Paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.